Siyasət

Vaşinqtonda Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirilib

19 Yanvar, 2019
1029
Vaşinqtonda qərargahlaşan Crude Accountability qeyri-hökumət təşkilatı yanvarın 18-i ABŞ-dakı Azərbaycan səfirliyi önündə piket keçirib. Piketin əsas tələbi Mehman Hüseynovun və Azərbaycanda həbsdə olan digər siyasi məhbusların dərhal azadlığa buraxılması olub.

"Amerikanın Səsi"-nin xəbərinə görə, Piketin təşkilatçılarından olan Crude Accountability-nin icraçı direktoru Keyt Uottersin sözlərinə görə, dünyanın hər bi yerində olan vətəndaş cəmiyyəti fəalları bu cür hadisələrin qarşısın almaq üçün bir araya gəlməli və həmrəylik nümayiş etdirməlidirlər.

"Edə biləcəyimiz işlərdən bir hissəsi bu fəalların talelərini və hal-hazırda yaşadıqlarını daha çox ictimailəşdirməkdir. Keçən həftə gördüyümüz işlərdən biri Helsinki Komissiyasına müraciət edərək, Mehmanla bağlı bəyanatla çıxış etmələri xahiş etmək idi. Bu mövzudan xəbərdar olan və bu barədə narahatlıqlarını ifadə edən insanlar var. Düşünürəm ki, etməli olduğumuz əsas şey həmkarlarımız, hüquq müdafiəçiləri ilə həmrəylik nümayiş etdirməkdir. 

Ona görə də həmrəy olmağa davam etməli və Mehman Hüseynovun və Azərbaycandakı digər siyasi məhbusların dərhal və şərtsiz azadlığa buraxılmasını tələb etməliyik." - deyə, xanım Keyt əlavə edib.

​Piketdə iştirak edən Freedom Now təşkilatının nümayəndəsi Karl Horberq bildirib ki, beynəlxalq təşkilatlar və insan hüquqları qurumları Azərbaycanda hökümətin jurnalistikanı cinayət kimi qəbul etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamaqlarına icazə verməməlidir.

Biz höküməti öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamaqlarına icazə verə bilmərik.

"Biz dünyanın müxtəlif ölkələrində həbs olunmuş siyasi məhbusların azadlığa çıxması üçün çalışırıq. Təəssüf ki, Azərbaycanda siyasi vəziyyət yaxşıya doğru dəyişmədiyindən biz Azərbaycanla bağlı fəaliyyətimizi illərdir davam etdiririk. Çox insanın da bildiyi kimi, hazırda ölkədə 150-dən çox siyasi məhbus var. Bunlara vəkillər, insan haqları müdafiəçiləri və Mehman Hüseynov kimi jurnalistlər də aiddir. Ən narahatedici məqam isə ondan ibarətdir ki, Azərbaycan höküməti Mehman Hüseynov kimi gücə qarşı doğru danışan, ölkədəki korrupsiya və insan haqları pozuntula işıqlandıran, yalanları üzə çıxardan insanları sevmir. Mehman Hüseynov İlham Əliyevin xanımının vitse-prezident təyin olunması faktı ilə bağlı report hazırladığı üçün iki illik həbs olunmuşdu.

Aydındır ki, onlar buna qane olmamışdı. Onlar Mehmanı daha uzun müddətə həbsxanada saxlamaq istəyirlər. Ona görə də qurama ittihamlarla onun həbsini daha 7 il uzatmaq niyyətindədirlər. Biz bununla razılaşa bilmərik. Biz hökümətin jurnalistikanı cinayət kimi qəbul etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamaqlarına icazə verə bilmərik. Buna görə biz burada Mehman Hüseynov və Azərbaycandakı bütün siyasi məhbuslara azadlıq tələb edirik." - deyə, Karl Horberq qeyd edib.

Crude Accountability qeyri-hökumət təşkilatının nümayəndəsi Sonya Zilberman bu hadisəyə insan haqları təşkilatlarından əlavə maliyyə qurumlarının da münasibət bildirməli olduğunu vurğulayıb.

"Biz siyasətçilərə və hökumət rəsmilərinə bu məsələyə etiraz etmələri üçün təsir göstərməyə çalışırıq. Təkcə Mehman yox, bütün siyasi məhbuslarla bağlı. Hal-hazırda Azərbaycanda 150-dən çox siyasi məhbus var. Amma buna əlavə olaraq, biz ciddi şəkildə beynəlxalq maliyyə qurumları ilə çalışırıq. Onlara insan hüquqları, plüralizm və demokratiya ilə bağlı öhdəliklərinin arxasında dayanmalarına çağırırıq."

​Vaşinqtonda yaşayan jurnalist Ələkbər Raufoğlu isə Azərbaycanda siyasi məhbuslarla bağlı baş verən son hadisələrə gələn reaksiyalar, xüsusilə də Avropa Parlamentinin qəbul etdiyi son qətnamə höküməti qarşıda daha ciddi sanksiyalar gözləməsi ilə bağlı xəbərdarlıq olduğunu hesab edir.

"Əslində sanksiya təzyiq deyil, rəftarı dəyişmək mesajıdır. Biz ümid edirik ki, bu hadisələr sanksiyalar qədər uzadılmaz. Azərbaycan hakimiyyəti artıq rəftarını dəyişmək üçün kifayət qədər zəmini var və onlar bunu görməlidir. Həm ölkə daxilində, həm ölkə xaricində aksiyalar, etiraz mitinqləri baş verir. Bütün bunlar hay veriləsi səslərdir. Əgər bu səslərə cavab verilməyəcəksə Azərbaycanla bağlı sanksiyaların qəbulu prosesinə biz bu gün dünəndən daha yaxınıq."


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo