17:11, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 98

Ukraynanın baş prokuroru istefa verir

Ukraynanın baş prokuroru istefa verir


/ DÜNYA
Ukraynanın baş prokuroru Yuri Lusenko istefa verir. 

Noyabrın 6-sı parlamentin iclasında çıxış edən Yuri Lusenko istefa ərizəsinin prezident Pyotr Poroşenkoya təqdim olunacağını deyib.

Baş prokuror istefasını Xerson şəhər merinin müşaviri Yekaterina Qandzyuka qəsdin istintaqının düzgün aparılmaması ittihamları ilə əsaslandırıb.

İyulun 31-də üstünə yandırıcı turşu atılmış Yekaterina Qandzyuk noyabrın 4-ü xəstəxanada vəfat edib.

1964-cü il təvəllüdlü Yuri Lusenko 2016-cı ilin mayından baş prokurordur. O, 2005-2010-cu illər arasında iki dəfə daxili işlər naziri olub.