12:18, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 153

Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrası dayandırılıb

Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrası dayandırılıb


/ DÜNYA
Məhkəmə ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni miqrantlara siyasi sığınacaq verilməsini məhdudlaşdıran fərmanının icrasının müvəqqəti olaraq dayandırıb.

Bu barədə "Reuters" məlumat verib.

Qeyd olunur ki, noyabrın 9-da elan edilmiş qərarı San-Fransiskonun dairə hakimi qəbul edib.

Hazırda fərmanın icrasının hansı müddətə dayandırıldığı bəlli deyil.