Dünya

Tereza Mey qalib gəlir

17 Yanvar, 2019
1123
Müxalif Leyboristlər Partiyası Böyük Britaniyanın baş naziri, Mühafizəkarlar Partiyasının lideri Tereza Meyi postundan kənarlaşdıra bilməyib.

Yanvarın 12-sı axşam parlamentin İcmalar Palatasında keçirilən etimad səsverməsində 325 deputat Tereza Meyin hökumətini dəstəkləyib, 306 deputat istefaya tərəfdar olub.

Etimad səsverməsi Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtləri ilə bağlı fikir ayrılıqlarından doğub. Böyük Britaniya Avropa İttifaqından 2019-cu il martın 29-da ayrılmalıdır.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Bu həftə parlamentin Lordlar və İcmalar palataları Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtlərini qəbul etməyib. Bundan sonra Leyboristlər Partiyası Tereza Mey hökumətinə etimadsızlıq məsələsini qaldırıb.

Parlamentdəki səsverməni udandan sonra Tereza Mey bütün partiyaları Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını təmin etmək üçün birliyə çağırıb.

Baş nazir ötən il dekabrın 12-də öz partiyasının parlament fraksiyasındakı etimad səsverməsindən də qalib ayrılmışdı. İcmalar Palatasındakı 200 mühafizəkar Tereza Meyi dəstəkləmiş, 117 deputat onun partiya lideri və baş nazir postlarından getməsinə tərəfdar olmuşdu.

Tereza Mey 1956-cı il oktyabrın 1-də İstborn şəhərində doğulub. Oksford Universitetini bitirib. Gənc yaşlarında İngiltərə Bankında və Londonun özünüidarə orqanlarında işləyib.

2010-cu ildən Devid Kemeron hökumətində qadın və bərabərlik məsələləri naziri postunu tutub, sonradan daxili işlər naziri olub. 1997-ci ildən İcmalar Palatasının deputatıdır.

Mühafizəkarlar Partiyasına 1997-ci ildə qoşulub, 2016-cı il iyulun 11-dən qurumun lideridir.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Novator.az


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo