Siyasət

Tarix müəllimi polisin təzyiqinə məruz qaldığını deyir

17 Yanvar, 2019
990
Sabirabad rayon Kovlar kənd orta məktəbinin tarix müəllimi Qulu Məmmədov təzyiqə məruz qaldığını deyir.

Tarix müəlliminin Meydan TV-yə bildirdiyinə görə, yanvarın 11-də və 16-da Sabirabad Rayon Polis Şöbəsinə çağırılıb. Buna AXCP üzvü olmasını və sosial şəbəkələrdəki paylaşmlarını səbəb göstərir. Onun sözlərinə görə, ötən il, mitinqlər ərəfəsində də Sabirabad Rayon Təhsil İdarəsi və məktəb direktoru tərəfindən təzyiqlərə məruz qalıb. Bu dəfə isə polisin hədəfindədir.

Qulu Məmmədov yanvarın 12-də Polis Şöbəsinin rəis müavini Aqşin Tağıyevlə görüşdüyünü deyir:

"Mənə söylədi ki, dövlət sənə iş, maaş verir, sən isə "Facebook”da dövlətin əleyhinə yazır, yazılanları da bəyənirsən, belə olmaz. Cavab verdim ki, AXCP üzvüyəm və vətəndaş olaraq ifadə azadlığı mənim konstitusion hüququmdur, burda qanunazidd heç nə yoxdur. Əgər qanunsuz hərəkət edirəmsə, cinayət işi qaldırıb həbs edin. Söhbət normal atmosferdə 20 dəqiqə davam etdi, sonda dedi ki, telefonun açıq olsun, əlaqə saxlayacağıq”.

Müəllimin sözlərinə görə, yanvarın 15-də ona təkrar zəng edilsə də, telefonu bağlı olub, 1 gün sonra yenidən zəng ediblər.

"Sahə müvəkkili idi, mən də məktəbdə dərsdəydim, gəldi ki, polis rəisi səninlə görüşmək istəyir. Məni maşınla apardılar Rayon Polis İdarəsinə, bu dəfə tanımadığım rəis müavini qəbul etdi, sərt və kobud danışdı, əsasən "dövlətdən maaş alırsan, amma əleyhinə yazırsan” və s. dedi. Mən də əvvəlki kimi qeyri-qanuni hərəkət etmədiyimi söylədim, bundan sonra polis rəisi Namiq Camalovun kabinetinə apardılar. Namiq Camalov yüksək səslə dövlətə qarşı çıxdığımı dedi. Mən qanunsuz heç nə etmədiyimi bildirəndə, kobud ifadələr işlətdi. Yanındakı rəis müavini də dedi ki, onunla müəllim kimi rəftar etməyin”, - müəllim bildirir.

Qulu Məmmədovun sözlərinə görə, onu yenidən rəis müavininin otağına aparıblar, ardınca Aqşin Tağıyev də gəlib. Ona deyiblər ki, "Facebook” hesabını bağlamasa, başqa cür rəftar edəcəklər:

"Cavab verdim ki, məhkəməyə müraciət edin, əgər qanunsuzluq edirəmsə, məhkəmə qərar qəbul edəcək. 2 saatlıq danışıqdan sonra sərbəst buraxıldım”.

Qulu Məmmədovun sözlərinə görə, idarədə ona fiziki təzyiq olmasa da, kobud davranılıb və hədə-qorxu gəliblər:

"Mən yenə də o fikirdəyəm ki, statuslarımda qanunları pozan fikir yoxdur, bu, mənim konstitusion hüququmdur”.

Sabirabad Rayon Polis İdarəsinin növbətçi hissəsindən Meydan TV-yə deyiblər ki, rəis Namiq Camalov və müavini Aqşin Tağıyev yerlərində olmadığından onlarla əlaqə yarada bilməyəcəklər. Özləri isə bu barədə açıqlama verə bilməzlər.

Bu, Azərbaycanda ilk hadisə deyil. 2017-ci ilin 28 aprelində AXCP-nin Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə işlədikləri orta məktəblərdən çıxarılıblar. 

Ə.Əhmədzadə Mayak kənd 1 saylı məktəbində fizika, xanımı Ülkər Əhmədzadə isə rayonun 3 saylı məktəbində rus dili fənnindən dərs deyib. Onların işdən çıxarılmasının səbəbi kimi Milli Şuranın 8 aprel aksiyasında iştirak etmələri və AXCP üzvü olmaları göstərilir. Sonradan rayon məhkəməsi onları işinə bərpa edilməsi barədə qərar çıxarıb.

2017-ci ilin iyununda isə AXCP-nin Masallıdan olan Ali Məclis üzvü Laçın Mirəsgərli və həyat yoldaşı işdən çıxarılıb. 

Bu barədə Meydan TV-yə danışan Laçın Mirəsgərli başlarına gələnin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:

"Mən Çaxırlı kənd məktəbində müəllim, həyat yoldaşım isə kənd tibb məntəqəsində çalışırdıq. Mayın 2-də məni rayon Təhsil Şöbəsinin əmriylə Əmək Məcəlləsinin 70-ci bəndinin tələblərini pozmaqda ittiham edib, müəllimlikdən uzaqlaşdırdılar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo