Sosial

"Sovet illərindəki “elit təbəqəyə qoşulma” prinsipi aktuallığını qoruyur" - Ekspert

11 Sentyabr, 2018
2111
Yeni dərs ilinin başlanmasına bir neçə gün qalıb. 

Artıq məktəbəqədər təhsil müəssisələrinə, orta məktəblərə və liseylərə qeydiyyat mərhələsi bitmək üzrədir. 

Seçim isə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi üzrə də aparılır. Demək olar ki, bir çox valideynlər seçimlər zamanı rus bölməsinə üstünlük verirlər. Amma bu sahədə ciddi problemin yaşandığı deyilir. 

Bakı Şəhər Təhsil İdarəsindən şikayət edən valideynlər deyirlər ki, uşaqlarını rus bölməsi üzrə məktəbəqədər hazırlığa və məktəbə yazdırmaq üçün yer tapa bilmirlər. Bu bölmə üzrə yerlər məhduddur. 

Toplum.Tv ümumilikdə Azərbaycan məktəblərində rus bölməsi üzrə ayrılmış yerlərin sayı ilə maraqlanıb. 

Təhsil üzrə ekspert Kamran Əsədov rus bölməsinə ayrılan məktəb və şagirdlərin sayını açıqlayıb: "Hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. 

Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. 

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir".

Bəs niyə Azərbaycanda əksər valideynlər məhz rus bölməsini seçirlər?

Ekspert Toplum.Tv-yə açıqlamasında bu məsələylə bağlı 4 vacib səbəbi qeyd edib: "Son 3 il ərzində valideynlərin rus bölməsini seçməsi kəskin şəkildə artıb. Bunun birinci səbəbi, qəbulun elektron qaydada həyata keçirilməsidir. Belə ki, bu zaman valideynlər həm də onların rus bölməsini seçə bilməsinin mümkünlüyünü görür və övladının əlavə yaxşı səviyyədə rus dilini bilməsi üçün seçimini edir.
İkinci səbəb, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində təhsilin keyfiyyətinin yüksəldilməsi olmasıdır.
Üçüncü səbəb, rus dilində elmi və ədəbi ədəbiyyatın daha mükəmməl olması ilə də əlaqədardır.
Bundan başqa, etiraf edək ki, rus dilli məktəblərin, rus bölmələrinin müəllimləri tədrisdə müxtəlif alternativ dərsliklərdən istifadə edirlər. Rus dilində çoxsaylı alternativ dərsliklər mövcuddur. Azərbaycan dilində bu yox səviyyəsindədir.
Digər vacib məqam, gələcəkdə ali məktəblərə qəbul imtahanlarında rus bölməsinin daha asanlıqla, az bal toplayıb tələbə adını qazana bilmə imkanının geniş olması ilə əlaqədardır".

Rus-dili üzrə aparılan tədris nə dərəcədə keyfiyyətlidir?

Tarix müəllimi Həbib Əlizadə Toplum TV-ə verdiyi açıqlamasında rus bölməsi üzrə müəllimlərin qəbul proseslərinin azərbaycan bölməsi ilə müqayisədə daha asan və keyfiyyətcə daha aşağı olmasını bildirib. 
 
 

O hesab edir ki, bu proses rus bölməsi üzrə oxuyan şagirdlər üçün heç də ürəkaçan deyil: "Rus bölməsi üzrə müəllimlərin işə qəbulundakı vəziyyət heç də ürək açan deyil. Əvvəllər rus bölməsindəki müəllimlər daha keyfiyyətli və savadlı olsalar da, indiki zamanda müəllimlərin işə qəbulundakı situasiyaya nəzər yetirsəniz, görəcəksiniz ki, Azərbaycan bölməsi üzrə müəllimlərin qəbulu zamanı 60 üzərindən 50, hətta 60 bal yığan müəllimlər kənd məktəblərinə yönləndirilirlər. Amma rus bölməsi üzrə müəllimlərin şəhər məktəblərinə qəbulu üçün 48 bal kifayətdir ki, onlar işə götürülsünlər. Hətta hazırda rus sektorunda müəllimlərin işə qəbulu zamanı keçid balları aşağı düşüb. Bu fakt özü ciddi bir məsələ kimi baxılmalıdır".

H. Əlizadə valideynlərin rus bölməsini seçərkən iddia etdikləri məsələlərə də toxunub: "İddia edilir ki, rus bölməsində oxuyan şagirdlərin dünyagörüşü daha yüksək olur. Məncə, bu nisbi xarakter daşıyır. Bu, valideynlərdən asılı bir məsələdir. Müəllimlər və məktəbin rolu nə qədər çoxdursa, burada valideynlərdə əsas rol oynayır. Azərbaycan bölməsi və ya rus bölməsi olmasına baxmayaraq, valideynin savadlı olub-olmaması vacib amildir. Buna görə də rus bölməsini oxuyan uşaq daha dünyagörüşlüdür anlamına gəlməməlidir. Bəzi valideynlər isə iddia edir ki, övladını rus dilini öyrənməsi üçün qoyur. Ancaq bu problemi övladını xarici dil kurslarına göndərərək həll edə bilərlər. Əgər gələcəkdə övladlarını Azərbaycan bölməsində olduğu kimi hazırlıqlara göndərəcəklərsə, o zaman bunun nə faydası var ki?"

Onun sözlərinə görə, valideynlərin rus bölməsini seçməsinin daha da artması məsələsi trend halına gəlib: "Sovet illərindəki "elit təbəqəyə qoşulma” prinsipi hələ də öz aktuallığını qoruyur. Bu axının artmasının vacib səbəbləri iş yerlərində rus dilinin daha keyfiyyətli şəkildə tələb olunmasında, hətta adi işlər üçün belə rus dili biliyinin vacibliyi hələ də insanların Rusiyaya çox bağlı olması məsələsidir".

Samirə Əliyeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo