10:45, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 122

Qardaşı Murad Adilovun ''kars''a salındığını deyir

Qardaşı Murad Adilovun ''kars''a salındığını deyir
3 gündür aclıq aksiyası keçirən AXCP üzvü Murad Adilovu "kars”a salıblar.

Bu barədə Murad Adilovun qardaşı Natiq Adilov "Facebook” səhifəsində məlumat yayıb.

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Adilov sentyabrın 7-dən aclıq aksiyasına başlayıb.

Murad Adilov haqqında çıxarılan ədalətsiz hökm və qərarlara etiraz olaraq aclıq edir.

4 ildir həbsdə olan Murad Adilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarılıb. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.

M.Adilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Adilov narkotik ittihamını rədd edir və qardaşı N.Adilovun fəaliyyətinə - hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Adilov AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Adilovun həbsini siyasi motivli sayır.

"Amnesty İnternational" M.Adilovu "vicdan məhbusu" elan edib.