11:31, 19 Noyabr 2018 (Bazar ertəsi) 154

Prezident Belarusa səfər edib

Prezident Belarusa səfər edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına gedib.

AZƏRTAC-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İ.Əliyevi Belarusun baş nazirinin müavini Mixail Rusıy və başqa rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan və Belarus dövlət başçılarının görüşü və iki ölkə arasında əməkdaşlığa dair bir sıra məsələlərin müzakirəsi gözlənir. Azərbaycan Rusiya, İsrail və Pakistanla yanaşı, Belarusdan da silah alır.