Siyasət

Paşinyan Köçəryan və Sarkisyanı məhkəmə ilə hədələyib

12 Sentyabr, 2018
1505
Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan xalqa qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında dayanmalıdırlar.

Bu bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 11-də Yerevanda keçirilən mitinqdə bildirib.

"Mən bütün həbslərə görə şəxsi məsuliyyət daşıyıram. Robert Köçəryan və Serj Sarqsyandan fərqli olaraq, hüquq-mühafizə orqanlarının arxasında gizlənmirəm, xalqın mənə verdiyi mandata arxalanıram”.

N.Paşinyan 2008-ci il fevralın 23-də fövqəladə vəziyyətin elan edilməsilə bağlı ikinci prezident R.Köçəryanın niyyəti barədə faktların olduğunu bildirib.

"O, Ermənistana daxil etdiyi qoşunları Qarabağ cəbhəsindən çıxarıb, bununla da ön xətti müdafiəsiz qoyub. Bu, sübuta yetirilib. Əgər o, cinayətkar və Vətən xaini deyilsə, bəs kimdir? Qoşuna əmr verilib ki, Yerevanın Leo küçəsindəki binaların pəncərlərinə atəş açsın. Hökumət binasında oliqarxların cangüdənlərinə təxribat təşkil etmək, həmçinin 2008-ci il martın 1-də qırğın törətmək üçün xüsusi geyim verilib. Robert Köçəryanın ailəsinin milyardları var. "Konqres” mehmanxanası Köçəryanın oğluna və qızına məxsusdur. Mehmanxananın bir neçə milyon qiyməti var”.

N.Paşinyan "oğurlanmış pulları toplayıb könüllü xalqa qaytarmağa” çağırıb:

"Belə olduğu halda, onların bağışlanıb-bağışlanmaması məsələsi meydanda xalq ilə müzakirə olunacaq. Əgər bunu etməsəniz, böyük problemləriniz olacaq, sizə heç kim kömək etməyəcək. Dünyada sizə kömək edəcək qüvvə yoxdur. Mən öz xalqımın naminə həyatımdan da keçərəm və bu işin sonunadək gedəcəm”.

Həmin gün Baş nazir Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasını çağırıb. İclasda hərbi (fövqəladə) vəziyyətin tətbiqi edilməsi şəraitində dövlət qurumlarının hərəkət ssenarisini müzakirə edib.

"MTŞ, polisə göstəriş vermişəm ki, ən qısa zamanda bu xəyanətin təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb etsinlər. Qanunsuz silahı olan bütün qruplaşmalar tərksilah ediləcək. Polisə və MTŞ-yə bu andan reydlərə başlamağı, oliqarxların və yüksək vəzifəli məmurların cangüdənlərini silahsızlaşdırmağı tapşırıram”, -N.Paşinyan bildirib.
R.Köçəryan ittihamlara dərhal reaksiya verib. O deyib ki, Təhlükəsizlik Xidmətinin və Ermənistan İstintaq Komitəsinin rəhbərinin açıqlanmış telefon danışıqı sübut edir ki, təqib edilməsi sifarişli xarakter daşıyır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo