Dünya

Paşinyan deyir ki, Türkiyə ilə münasibətləri bərpa etməyə hazırdır

13 Dekabr, 2018
1324
Ermənistanda kiçik biznesə qoyulan vergiləri ləğv edəcəklər, investorlara imtiyazlar verəcəklər və məmurlara edilən xərcləri azaldacaqlar.

Baş nazir səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nikol Paşinyan blokunun parlament seçkilərində qalib gəlməsindən sonra belə söyləyib. 

O, xarici siyasətdən danışarkən Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduğunu deyib. 

"Kavkazski uzel”in xəbər verdiyi kimi, dekabrın 9-da Ermənistanda baş tutmuş parlament seçkilərinin nəticələrinə görə, Milli Məclisə "Mənim addımım” bloku və Firavan Ermənistanla Ziyalı Ermənistan partiyaları keçib. Müşahidəçilər Ermənistan parlamentinə seçkilərdə pozuntulara yol verildiyini təsdiqləsələr də, onların kütləvi xarakter daşımadığını söyləyiblər. Seçkiləri ABŞ və Avropa İttifaqı tanıyıb, səsvermənin nəticələri ilə məğlub olmuş partiyalar da razılaşıb. 

Nikol Paşinyan mətbuat konfransında islahatların keçirilməsi üzrə planları səsləndirib. Onun fikrincə, kiçik biznesə qoyulan vergiləri ləğv etmək, nazirlik və idarələrin sayını, məmurlara edilən xərcləri azaltmaq, Ermənistana vəsait qoymaq və "iqtisadi monopoliyanı məhv etmək” istəyən investorlara vergi imtiyazları vermək lazımdır. Bu barədə "Nastoyaşeye vremya” dekabrın 10-da xəbər verib. 

"Bizim çoxlu nazirliyimiz var, onların bir hissəsini ləğv etmək lazımdır. Diaspora Nazirliyi təkcə Diaspora Nazirliyi deyil, hansısa strukturun bir hissəsi ola bilər”, – Paşinyan təkliflərindən birinə belə aydınlıq gətirib. O ki qaldı investorlara veriləcək imtiyazlara, o deyib ki, uyğun düzəlişlər Vergi Kodeksinə daxil ediləcək. 

"Biz xarici investorların, xarici biznesin Ermənistana gələcəyinə və inqilabımızın bir hissəsi olacağına, Ermənistanı kənd təsərrüfatı ölkəsindən yüksək texnologiyalar ölkəsinə çevirəcəyinə ümid edirik. Bunun üçün əlimizdə insan resursları, siyasi iradə və uyğun siyasi və iqtisadi ab-hava var”, - "Nastoyaşeye vremya” Nikol Paşinyanın söylədiklərini çatdırıb. 

Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduğunu deyib

"Ermənistan heç bir ilkin şərtlər olmadan Türkiyə ilə birbaşa münasibət qurmağa hazırdır”, - Baş nazir səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nikol Paşinyan seçkilərdən sonra baş tutmuş mətbuat konfransında bəyan edib. 

"Mən dəfələrlə söyləmişəm ki, biz heç bir ilkin şərtlər olmadan Türkiyə ilə birbaşa münasibətlərə hazırıq və biz bilirik ki, Türkiyə həmçinin buna hazırdır”, - "RİA Novosti” dekabrın 10-da Paşinyanın sözlərindən sitat gətirib.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasındakı sərhəd 1993-cü ildən bağlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Bakıda hərbi paradda Qarabağ münaqişəsi öz həllini tapmamış ölkəsinin Ermənistanla münasibətlərini bərpa etməyəcəyini və onunla olan sərhədi açmayacağını bəyan edib. 

Paşinyan bununla yanaşı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsi kimi NATO-ya girməyə can atmır. 

"Bizim NATO ilə münasibətlərimiz var – onlar, o cümlədən Kosovoda, Əfqanıstanda sülhməramlı missiyalarla bağlıdır və biz əməkdaşlığa davam edirik. Amma biz NATO-ya can atmırıq”, - o deyib. Paşinyan əlavə edib ki, Ermənistan həm Rusiyanın, həm də Avropa İttifaqının partnyorudur. 

Meydan Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo