Dünya

Parlament Tereza Meyin ''Brexit'' planına yox dedi

16 Yanvar, 2019
974
Britaniya parlamenti 202 "lehinə”, 432 "əleyhinə” olmaqla Baş nazir Tereza Meyin "Brexit” planını qəbul etməyib.

"Brexit” - Britaniya və çıxış (exit) sözlərinin birləşməsidir və Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasını nəzərdə tutur.

"Brexit” razılaşması AB və Britaniya vətəndaşlarının hüquqları, İrlandiya və Şimali İrlandiya arasında açıq sərhədləri, Britaniyanın AB-ni tərk etdikdən sonra maliyyə ödəmələrini nəzərdə tutur.

Bundan sonra T.Meyin parlamentə hyeni plan təqdim etmək üçün 3 gün vaxtı var. Yerli mətbuat qeyd edib ki, hazırki situasiyanın üç versiya üzrə davaml ola bilər – Britaniya AB-dən müqaviləsiz çıxa bilər (çətin Brexit), yeni referendum keçirə bilər, AB ilə danışıqlara qayıda bilər.

Gözlənilir ki, T.Mey AB-dən bir sıra güzəştlər alıb, öz planını bir neçə gündən sonra yenidən parlamentə təqdim edə bilər.

Planın əleyhinə çıxan "Leyborist” partiyası parlamenti yeni seçkilərin keçirilməsinə razılıq verməsini sonradan isə təkrar referendumun təşkilinə nail ola bilər.
Britaniyada "Brexit” tərəfdarları Konservativ partiya və avroskeptiklərdir.

Britaniyanın AB-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. AB-ni tərk etmənin lehinə 51,9%, əleyhinə 48,1% faiz səs verilib.

Səsvermənin nəticələri Böyük Britaniyaya daxil olan ölkələrdə müxtəlif olub. Belə ki, Şotlandiya və Şimali İrlandiyada AB-də qalmağın tərəfdarları çox olub, İngiltərə və Uelsdə isə birlikdən çıxmanın tərəfdarları çoxluq təşkil ediblər.

Britaniyanın AB-dən çıxması 2019-cu il martın 29-da nəzərdə tutulub.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo