Siyasət

İşçi Qrup: Azərbaycanda 127 siyasi məhbus var

20 Fevral, 2019
2062
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahı açıqlayıb.

Yenilənmiş siyahıya 127 nəfərin adı daxil edilib.

Qrupun açıqlamasında bildirilir ki, siyahı 20 fevral 2019-cu ilədək olan dövrü əhatə edir.
 
Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 127 nəfərlə bağlı işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb, 54 nəfərin adını monitorinq altında olanların siyahısına salıb, 1 nəfəri isə monitorinqdən çıxararaq siyasi məhbus kimi tanıyıb.
 
İşçi Qrup 3 iyul 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına qarşı sui qəsd, daha sonra 10 iyulda Gəncədə iki polis əməkdaşının öldürüldüyü hadisə ilə bağlı həbs edilən 51 nəfəri aşağıdakı səbəblərdən monitorinq altında olanların siyahısına əlavə edir: 

"Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub; həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib; hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb; dövlət orqanları 10 iyulda baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu video çəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib; hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb; məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarı-qapalı keçirilir, jurnalistlərin  məhkəmədə iştirakı üçün akkreditasiya tələb edilir, məhkəmə prosesi zamanı qeyd aparmağa icazə verilmir, prosesdə iştirak edən jurnalistlərin müəyyən edilib hakim tərəfindən məhkəmə zalından çıxarılması halları müşahidə edilib".
 
Qrupun siyasi məhbus kimi tanıdığı 127 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
 
- 9-u jurnalistlər və blogerlər (Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Mehman Hüseynov, Əfqan Muxtarlı, Ziya Əsədli),
 
- 1-i şair (Tofiq Həsənli),
 
- 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
 
- 18-si siyasi və ictimai fəallar (İlkin Rüstəmzadə, Asif Yusifli, Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Fuad Əhmədli, Gözəl Bayramlı, Əlikram Xurşudov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov, Azad Həsənov, Əbülfəz Sadıqov),
 
- 67-si inanclı fəallar (Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev),
 
- 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
 
- 14-ü sosial etirazlarla bağlı tutulanlar (onlardan 1-i 2013-cü il İsmayıllı, 3-ü 2015-ci il Mingəçevir, 10-u 2016-cı il Siyəzən etirazlarına görə tutulanlardır: Vasif İbrahimov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev, Talıb Ağamaliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev),
 
- 2-si keçmiş dövlət məmurları (Əli İnsanov və Rüfət Səfərov),
 
- 4-ü siyasi girovlar (Elnur Seyidov, Mübariz Abdullayev, Murad Ədilov, Emin Saqiyev),
 
- 8-i Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Rəşad Əliyev, Fərid Ağayev, Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev).
 
Açıqlamada vurğulanır ki, İşçi Qrupun 01 sentyabr 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb.
 
Onlardan 2 nəfər (Mikayıl İdrisov, Emil Möhbalıyev) cəzasının müddəti bitdiyi üçün, 2 nəfər (Məmməd İbrahim və Telman Şirəliyev) məhkəmə qərarları ilə azad edilib.

İşçi Qrup 3 nəfəri (Azad Həsənov, Emin Saqiyev, Əbülfəz Sadıqov) siyasi məhbus kimi tanıyaraq əsas siyahıya əlavə edib.
 
İşçi Qrup bildirir ki, cəzasının müddəti bitən siyasi məhbuslara qarşı yeni cinayət işi açılıb.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. 

Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.

Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin tutularkən və məhkəmə zamanı hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.
 
Pərvanə Qurbanlı
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo