21:42, 20 Avqust 2018 (Bazar ertəsi) 183

İraqda mindən çox insan içməli sudan zəhərlənib

İraqda mindən çox insan içməli sudan zəhərlənib


/ DÜNYA
İraqın Bəsrə əyalətində mindən çox insan içməli sudan zəhərlənib.

"Report" "Al-Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin nümayəndəsi Ziyad Tarek məlumat verib.

Onun sözlərinə görə, suyun çirklənməsi səbəbindən bakteriyalardan zəhərlənmə halları əyalətin bir neçə rayonunda qeydə alınıb: "Zəhərlənən insanların sayı 1000 nəfəri keçib. Onların əksəriyyəti müalicə alır".