21:58, 08 Oktyabr 2018 (Bazar ertəsi) 263

İranda qum fırtınası - 145 nəfər xəsarət aldı

İranda qum fırtınası - 145 nəfər xəsarət aldı


/ DÜNYA
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində 140-dan çox şəxs xəsarət alıb.

145 sakin tənəffüs, ürək və görmə problemləri ilə təcili yardıma müraciət edib. Onlardan 27-si xəstəxanaya yerləşdirilib.

Qum fırtınası zamanı küləyin sürəti saatda 104 kilometrə çatıb.

Bölgə rəhbərliyi xəstə və yaşlı sakinləri evdən çıxmamağa çağırıb.