Siyasət

Hökumət 11 nəfərə 64 min avro kompensasiya ödəyəcək

13 Dekabr, 2018
1072
Dekabrın 13-də Avropa İnsan Haqları Məhkəməsi 11 nəfərin ölkədən çıxışına qoyulmuş qadağaya dair Azərbaycana qarşı qərarını elan edib.

Onlar əsasən iddia edirdilər ki, cinayət işləri tərkibində şahid statusunda olsalar da, ölkədən çıxış hüquqları məhdudlaşdırılıb.

Qərara görə, şəxslərin Konvensiyaya 4 saylı protokolun 2-ci (sərbəst hərəkət etmək) və 13-cü (səmərəli müdafiə vasitələri) maddələrinin pozuntusu (Aynurə İmranova istisna olmaqla) tanınıb.

Ərizəçilər jurnalist Aytən Ələkbərova (Fərhadova), İzolda Ağayeva, Gülər Mehdizadə, Aynurə Heydərova, Aynurə İmranova, hüquqşünaslar Ənnağı Hacıbəyli, Rövşanə Rəhimova, ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı, hazırda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mursəliyev, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva və Dilarə Vəliyevadır.

Hər bir ərizəçiyə mənəvi zərərə görə 5000 avro, məhkəmə xərclərinə görə 1000 avro (Rövşanə Rəhimli və Əminə Hacıyeva istisna olmaqla) müəyyən edilib. Ümumi ödəniləcək kompensasiya 64 min avrodur.

Ərizəçilərin konvensiyanın 34-cü maddəsi ilə hüquqlarının pozuntusu tanınmayıb.

Ərizəçilərdən bir neçəsinin vəkili olan Fariz Namazlı deyir ki, bu maddə üzrə ona görə pozuntu faktının tanınmasını qoymuşdular ki, hökumət Avropa Məhkəməsinin məktubunu dövlət poçtu vasitəsi ilə onlara gec göndərib:

"Bu hissədə məhkəmə hesab etdi ki, hökumət öhdəliklərini pozmayıb”.

Meydan TV-nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində müstəqil jurnalistlər Gülər Mehdizadə, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Natiq Cavadlı, Aynurə Heydərova, Aytən Ələkbərova (Fərhadova), İzolda Ağayevanın ölkədən çıxışına qadağa qoyulmuşdu.

Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını etiraf etmirdilər. Göndərilən sorğular cavablandırılmırdı.
Sonradan qoyulan qadağalar dövlət tərəfindən inkar edilmədi. Jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun cavabında deyilir ki, ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə "Qadağandır” statusu ilə "Giriş-Çıxış”, "Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.

Azərbaycanda Meydan TV İnternet-resursuna qarşı cinayət işi başlanıb. İş üzrə 15-dən artıq jurnalistin adı keçir.

Meydan TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo