Sosial

"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”

23 Yanvar, 2019
2764
"Kirayə pulunu ödəməyə imkanım çatmadı, qaldım küçələrdə..."

Bunu Toplum.Tv-yə Bərdədə birotaqlı mənzildə təkbaşına yaşayan 83 yaşlı Mahirə Nurəliyeva deyir. 

O, 5 il əvvəl bu otağa sığındığını deyir. Ona qədər küçələrdə gecələyirmiş…
 

1954-cü ildə İrandan Gəncəyə, sonra da Bərdəyə köçdüklərini deyən Mahirə xanım uzun müddət tikiş fabrikində və müxtəlif yerlərdə işləyib. 

Onun sözlərinə görə, indi ailəsindən kimsə qalmadığı üçün tək yaşamağa məcbur olub.

"5 ildir bu evdə yaşayıram”
 

"Əvvəllər kirayədə yaşayırdım. Sonradan kirayə pulunu ödəməyə imkanım çatmadı, qaldım küçələrdə. Bu otaq da Qocalar Evinindir, dedilər: "Gəl, qal burada”. 

Buranın da heç bir şəraiti yoxdur. Çox çətinlik çəkirəm. Özüm də xəstəyəm”, - yaşayışından gileylənir.

"6 aydır, ayağım quruyub, hərəkət edə bilmirəm...”
 

Deyir ki, əvvəllər öz işini az da olsa görə bilirmiş. Sonradan isə ayağı ilə yanaşı sol əli də quruyub: "Əlim indi yavaş-yavaş düzəlib, amma hərəkəti tam bərpa olmayıb. Heç nəyi tuta bilmirəm. Qonşular xəstəxanaya müraciət etdilər, amma məni ora götürmədilər. Sonradan bir həkim qəbul etdi, o da 10 gün baxdı, sonra dedi ki, dur get evinə. 190 manat pensiya alıram. Heç nəyə çatmır”.

"Qonşular aparıb başımı yudular”

Yaşadığı mənzildə nə hamam, nə da ayaqyolu var. Ayaqyolu otaqdan bir qədər aralıdadır.  Mahirə Nurəliyeva deyir ki, ora da çətinliklə gedib-gəlir: "Çox əziyyət çəkirəm. Paltarlarımı da yuya bilmirəm. Arada bir xanım gəlib, yuyub gedir. Çox paltarım da yoxdur. Kiçik elektrik sobası var, o da zəif işləyir, otağı yaxşı qızdırmır. Gecə üstümü adyalla örtürəm, heç yorğanım da yoxdur. Hər gecə ona bürünüb uzanıram”. 
 

Otağında televizoru var. Amma deyir ki, hər dəfə onu işə salmaq üçün ayağa durmaq lazım gəldiyindən baxmır. 

Mahirə xanım deyir ki, uzun zamandır çimmir, axırda qonşular aparıb başını yuyublar.

"Ölmək istəyirəm”

Yaşamaq istəmədiyini, özünə ölüm arzuladığını deyir. Bir də deyir ki, Allah heç kimi kimsəsiz qoymasın: "Arada qonşular çay gətirirlər. O da olmasa, soyuqdan donaram. Qapını da gecələr qonşular bağlayır. Sabah da kiminsə yadına düşsə, o da açır. Bərdədə Qocalar Evinin müdiri vəziyyətimdən xəbərdardır. Dedi: "Səni Bakıya, Qocalar Evinə göndərək”. Dedim ki, bəs ayağım quruyub hərəkət edə bilmirəm. Ondan sonra razılaşdı ki, ayağım düzələndən sonra aparsınlar”. 
 

"Çox şey istəmirəm ki, sadəcə, ayağımla bağlı həkimə aparsınlar. Müalicə etsinlər, qocalar evinə yerləşdirsinlər, qalım orada. Ən azınan bu qədər çətinlik çəkmərəm. Hər gecə dua edirəm ki, Allah canımı tez alsın. Bəlkə, də mənə belə zülm edir”.

Qonşusu Səttar Məmmədovda onun durumunun ağır olduğunu təsdiq edib: "Arada biz əlimizdən gəldiyi qədər kömək edirik. Çörək alırıq, çay dəmləməyə yeri yoxdur deyə özümüz termosla aparıb veririk. Keçən dəfə qonşular aparıb çimizdiriblər, sağolsunlar. Gəlib-gedəni də yoxdur”.

Əbülfət Baxşəliyev
Toplum.Tv
 




Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo