Sosial

Ekspert: “Özlərinə alternativ öz övladlarını görürlər”

15 Noyabr, 2018
1475
Xaricdə Təhsil Proqramı bu il də təsdiq olunmadı

Azərbaycan gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramının icrası 2015-ci ildən başa çatıb.

Milli Məclisin ötən həftədəki büdcə müzakirəsində proqramın bərpası ilə bağlı təklif təqdim olunmadı.

Bəs nəyə görə proqram müzakirəyə çıxarılmır, bərpası ilə bağlı əlavə prioritetlər təhlil edilmir?

Təhsil eksperti Məlahət Mürşüdlü Toplum tv-yə bildirib ki, Xaricdə Təhsil Dövlət proqramı layihəsini hökumət iqtisadi səmərəsiz hesab etdiyi üçün,  gedənlərin geri qayıtmadığı, bir çoxlarının təhsili yarımçıq qoyduğu, düzgün seçimlər aparılmadığı üçün dayandırıb:
 
 
"Ümumiyyətlə, 2015-ci ildə dövlət proqramı başa çatdı və bizim məmurlarımız, Milli Məclis üzvləri uzadılmasını gərəkli bilmədilər. Hazırda yalnız məhdud sayda doktorantura təhsili saxlanılıb. Yəni iqdisadi səmərəliliyi olmadığı üçün, gedənlərin geri qayıtmadığı, düzgün seçimlər aparılmadığı üçün proqramın nəticə vermədiyini, dövlətin isə buna əlavə xərc ödəməsinə ehtiyac olmadığını düşünərək layihə dayandırılıb. 2015-ci ildən bu ilə qədər büdcə müzakirələri olsa da, bu məsələyə toxunulmur. Düşünürəm, yenidən bərpa olunsa əsasən tibb, bank sistemi, beynəlxalq münasibətlərin yaranmasında zəruri sayılan ixtisaslar var ki, bu sahədə xaricdə təhsilə ehtiyac var, ancaq geri qayıtmaq şərti ilə”.

"Özlərinə alternativ öz ovladlari ola bilər”

Təhsil eksperti Fuad Hacıyev isə deyib ki, dövlət büdcəsində təhsil üçün əlavə xərc nəzərdə tutmaq istəmirlər: "Xaricdə Təhsil Dövlət Proqramının uzadılacağını hələ Mikayıl Cabbarov təhsil naziri postunda olarkən bildirsə də, bu, baş vermədi. Müxtəlif səbəblər, arqumentlər ola bilər, ancaq reallıq budur ki, dövlət büdcəsində təhsil üçün əlavə xərc nəzərdə tutmaq istəmirlər. Bəzən arqumentləri bu olurdu ki, gedənlər geri dönmür. Geri dönüb hansı maaşa işləsinlər, hansı motivə edəcək üstünlüklər var yaxud, siz nə üçün müqavilədə geri dönüb işləməyi şərt kimi qeyd etmirsiniz?”.
 
 

Fuad Hacıyev xaricdə təhsil almış hər bir gəncin hazırda hakimiyyətdə olan bir çoxlarına alternativ ola biləcəyini düşünür: "Cumhuriyyət yarandıqda minimum imkanlarla maksimum çox tələbəni xaricə göndərməyə çalışırdılar. Indi biz maksimum imkanlardan minimum istifadə edirik. Xaricdə təhsil almış hər bir gənc hazırda hakimiyyətdə olan bir çoxlarına alternativ ola bilər. Onlar fərqindədirlər ki, bir ömür kreslo erası davam edə bilməz. Kasıbın övladı təhsil alıb yaxşı kadr kimi geri dönə bilər. Ancaq indi xaricdə təhsil imkanları əsasən öz övladlarına aiddir. Yəni ən pis halda, özlərinə alternativ öz övladları ola bilər”.

"Artıq Azərbaycan neft sahəsində öz mütəxəssislərin yetişdirməyə başlayıb”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva hesab edib ki, Xaricdə Təhsil Dövlət proqramı dayandırılsa da universitetlərin, təşkilatların müxtəlif tələbə mübadiləsi çərçivəsində xaricdə təhsil imkanı yaradılır:
 
 
"Xaricdə Təhsil Dövlət proqramının bərpası ilə bağlı Milli Məclisdə üzvləri çıxış ediblər, amma bir layihə təqdim olunmayıb. Ən azı bu il bununla bağlı dövlət proqramı təsdiq olunmadı. Ümumiyyətlə isə, Təhsil Nazirliyi dövlətlərarası əməkdaşlıq çərçivəsində hər il Azərbaycandan tələbələr başqa ölkələrdə dövlət hesabına, təqaüdlərlə təhsil alır. Bununla yanaşı, universitetlərin təşkil etdiyi müxtəlif tələbə mübadiləsi proqramları əsasında xaricdə təhsil imkanı yaradılır. Müxtəlif təşkilatların qrant proqramları çərçivəsində də, qarşılıqlı tələbə mübadiləsi ilə bağlı müqavilələr imzalanır. Artıq Azərbaycan neft sahəsində öz mütəxəssislərin yetişdirməyə başlayıb, xaricdən gələn mütəxəssislərin sayı ildən-ilə azalır”.

Nəzrin Bədəlli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo