15:59, 09 Noyabr 2018 (Cümə) 487

Ekspert: "Gömrükdə 19 milyard 550 milyon manat mənimsənilib"

Ekspert:
"Gömrükdə 11 ildə 30 milyard 241 milyon 500 min dollar uçotdan, 11 milyard 500 milyon dollar büdcədən yayınma olub".

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu "Facebook" səhifəsində yazıb. 

O bildirib ki, Milli Məclisin üzvü Vahid Əhmədovun Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub: "Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub sualına özünün verdiyi cavabın doğurduğu ictimai reaksiyanı nəzərə alaraq, bu sahədə uzun illər aparılan araşdırmanın müəllifi kimi münasibətimi sizinlə bölüşmək istərdim". 

"Vahid müəllim deyib ki, "Fikir verin, bir Gömrük Komitəsində kölgə iqtisadiyyatının, korrupsiyanın qarşısı alınmaqla dövlət büdcəsinə əlavə 1 milyard manat daxil olub. 27 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Yeddi ilini atıram kənara. İldə bir milyarddan götürsən, 20 milyard manat yalnız gömrük komitəsindən mənimsənilib. Kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır”, - Qubad İbadoğlu deyib.  

Onun sözlərinə görə, süzgü statistikası əsasında aparılmış hesablamalar göstərir ki, Vahid müəllim açıqladığı rəqəmə düzəliş etməlidir: "Belə ki, rəsmi statistik məlumatların müqayisəsi əsasında hesablamalara görə 2003-2014-cü illə rərzində yalnız 16 ticarət tərəfdaşı üzrə idxal əməliyyatlarında qeydiyyatdan kənarlaşma 30 milyard 240 milyon 500 min dollar təşkil edib. Beləliklə də, 11 il üzrə orta illik kənarlaşma göstəricisi 2 milyard 749 milyon 227 min dollar olub. Bu isə o deməkdir ki, hər il orta hesabla 1 milyard 44 milyon dollar büdcədən yayındırılıb. Bu da 2002-2014-cü illərdə 11,5 milyard dollar (30 240,5 mln. x 38%) vəsaitin büdcədən yayındırılması deməkdir, onu da bügünkü məzənnə ilə (11,5 mlrd. dollar x 1.7 manat) hesablayanda 19 milyard 550 milyon manat edir".

"Əslində, Vahid müəllim, açıqladığı rəqəm düzdür, amma həmin rəqəm 20 ildə deyil, 11 ildə büdcədən kənarlaşmanı ifadə edir", - ekspert bildirib. 

Noyabrın 6-da deputat Vahid Əhmədov 2019-cu ilin büdcə zərfinin müzakirəsi ilə bağlı Milli Məclisin komitələrinin birgə iclasında çıxış edib. O bildirib ki, bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Bu vəsait Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması nəticəsində daxil olub.

Deputat Gömrük Komitəsində aparılan kadr siyasətini müsbət qiymətləndirib. 

O vurğulayıb ki, komitə əvvəldən bu cür işləsəydi, müstəqillikdən sonra təkcə gömrük sahəsindən 27 milyard pul edirdi: "Bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir”.