İqtisadiyyat

Ekspert: "Bank sektorunda 5 minə yaxın insan işsiz qalıb"

17 Avqust, 2018
2095
Vahid Əhmədov: "Bank sektorunda son vaxtlar ciddi dəyişiklik olmayıb"

Bu il Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvarın 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yerləri yaradılıb.

2018-ci ilin birinci yarımili ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılıb. 
Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bank sektorunda irəliləyişin olmaması nə ilə bağlıdır?

Millət vəkili Vahid Əhmədov Toplum.tv-yə açıqlamasında bildirib ki, qeyd olunan iş yerləri kateqoriyalara ayrılmalıdır: "Müvəqqəti iş yerləri var, bir də var daimi iş yerləri. Onların hansı kateqoriyaya aid olduğu mütləq qeyd edilməlidir. Bank sektorunda son vaxtlar ciddi dəyişiklik olmayıb. Bağlanan banklar yenidən açılmadığı və yeni banklar yaradılmadığı üçün bu sahədə yeni iş yerlərinin olmaması da normaldır. Yeni açılan 120 min iş yeri müxtəlif sahələri özündə birləşdirir. Bura kənd təsərrüfatı, turzim sahəsi və s. daxildir. Bu sahələrdə müəyyən işlər gedir, yeni iş yerləri açılır. Hesab edirəm ki, bu rəqəm həqiqətəuyğun ola bilər. Digər tərəfdən isə bağlanan iş yerləri də var. Lakin ümumi vəziyyəti gözdən keçirəndə müəyyən tərəqqinin olduğunu görmək olar".

Təxminən 20%-ni tikinti sahəsinin təşkil etdiyi iş yerləri davamlı sayıla bilərmi?

İqtisadçı Natiq Cəfərli isə Toplum.Tv-yə bildirib ki, Dövlət Statitistika Komitəsi bağlanan iş yerləri ilə bağlı əsaslı məlumatlar yaymır: "Çox zaman bir insanın bir il ərzində iş yeri dəyişməsini yeni iş yeri kimi qeydiyyatdan keçirirlər. Bu isə statistikanın yalnışlığının bariz nümunəsidir. Tikinti sahəsindəki işçi artımının səbəbi "Sosial mənzil" layihəsi ilə bağlıdır. Bu layihə isə dövət layihəsidir və dövlət büdcəsi hesabına həyata keçirilir. Tikinti sahəsində artımın olması və işçilərin sayının artması məhz bununla bağlıdır. Təbii ki, bu da dayanıqlı deyil. Lahiyələr dövlət hesabına maliyyələşdiyi üçün büdcədən vəsait ayrılmadıqda layihələr də dayanır". 

"Bank sektoru son dövrlərdə faiz etibarilə ən çox işçi itirən sahələrdən biridir"

"Neftin qiymətinin aşağı olduğu dövrdə və devalivasiyalardan sonra da biz bunun dəfələrə şahidi olduq. Ona görə də buna davamlı iş yerləri demək olmaz. Bank sektorunda isə son illərdə təqribən 5 minə yaxın insan işsiz qalıb. Müxtəlif banklar bağlanıb, bu sektorda ciddi daralma müşahidə olunur. Çünki kreditləşmə azalıb və bu sahədə risklər çoxalıb. Buna görə də işçilərin azalması ümumi maliyyə sektorunda olan vəziyyətin göstəricisi kimi dəyərləndirilə bilər. Bank sahəsi son zamanlarda faiz etibarilə ən çox işçi itirən sahələrdən biridir", - iqtisadçı bildirib. 

Türkan Bəşir
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo