Dünya

Dünyanın əsas silah ixracatçısı ABŞ-dır

11 Mart, 2019
1316
Birləşmiş Ştatlar dünyada aparıcı silah ixracatçısıdır, ondan xeyli geridə – ikinci yerdə isə Rusiya gəlir.

Stokolm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) martın 11-də yeni hesabat açıqlayıb. Hesabata görə, son beş ildə – 2014-18-ci illər ərzində silah ixracı sahəsində Birləşmiş Ştatlarla dünyanın qalan hissəsi arasında uçurum böyüyür. Hazırda dünyada silah ixracının 36 faizi ABŞ-a məxsusdur, daha öncə bu göstərici 30 faiz idi.

"Birləşmiş Ştatlar dünyanın əsas silah təchizatçısı kimi yerini möhkəmlədib”, – SIPRI-nin Silahlar və Hərbi Xərclər Proqramının direktoru Aude Fleurant deyib.

"O, son beş ildə dünyanın azı 98 ölkəsinə silah ixrac edib; buraya döyüş təyyarələri, yaxınmənzilli qanadlı və ballistik raketlər kimi qabaqcıl silahlar da daxildir”, – o, sözlərinə əlavə edib.
Hesabat silah ixracı üzrə Vaşinqtonla Moskva arasındakı fərqin böyüməsini də üzə çıxarıb.

"2014-18-ci illər ərzində Birləşmiş Ştatlar Rusiyaya nisbətən 75 faiz artıq böyük silahlar ixrac edib, 2009-13-cü illərdə isə bu fərq cəmi 12 faiz idi”, – SIPRI bildirir.

Hesabata görə, 2014-18-ci illərdə ABŞ-ın silah ixracının yarıdan çoxu (52 faizi) Yaxın Şərqə göndərilib.

SIPRI bildirir ki, sözügedən müddət ərzində Rusiyadan silah ixracı 17 faiz azalıb və bu da əsasən Hindistan və Venesuelanın silah idxalını azaltmasıyla bağlıdır.

Silah ixracında üçüncü yeri Fransa (dünyadakı ixracım 6,8 faizi) tutur, daha sonra Almaniya (6,4%) və Çin (5,2) gəlir.

İlk beş ölkə dünyadakı silah ixracının 75 faizini tutur. 

Avropa Birliyi ölkələrinin silah ixracındakı yeri qlobal ixracın 27 faizidir.

İdxalçılara gəlincə, liderlik 12 faizlə Səudiyyə Ərəbistanına məxsusdur, daha öncəki beşillikdə dünyadakı silahların cəmi 4,3 faizini idxal edirdi.

"Bu müddət ərzində Körfəzin ərəb ölkələrinin silah idxalı kəskin artıb”, – hesabatda vurğulanır.

"Bu artımın əsas səbəbləri işində İranla Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı qarşılıq inamsızlıq dayanır”, – qurum qeyd edir.

Pakistan 2,7 faizlə dünyada 11-ci silah idxalçısıdır, amma öncəki müddətdə bu göstərici 4,8 faiz idi. Bu ölkənin əsas təchizatçıları Çin (70%), Birləşmiş Ştatlar (8,9%) və Rusiyadır (6%).

Onun rəqibi Hindistan isə silah idxalına görə dünyada ikinci yeri tutur, əsas təchizatçıları Rusiya (58%), İsrail (15%) və Birləşmiş Ştatlardır (12%).

Ötən ilin dekabrında yaydığı hesabatda SIPRI bildirirdi ki, 2017-ci ildə ABŞ şirkətləri silah ixracından 222,6 milyard dollar, Rusiya isə 37,7 milyard dollar qazanıb.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo