10:46, 12 Sentyabr 2018 (Çərşənbə) 138

Dini icmalara 400 min manat ayrıldı

Dini icmalara 400 min manat ayrıldı
Dövlət başçısı İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Prezidentin sərəncamı ilə dini icmalara maddi yardım 2015-ci ildən ayrılır.