Sosial

Deputatlardan ağac kəsilməsinə görə cinayət məsuliyyəti təklifi

12 Sentyabr, 2018
1604
Azərbaycanda ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi təklif edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında ağacların kəsilməsinə etiraz edən deputatlar çıxış yolunu cərimələrin artırılmasında gördüklərini deyiblər.

"Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq üçün ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: "Yaşıllıqların qorunması qlobal məsələdir. Ona görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir. Hətta bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat vurğulayıb ki, hər gün mediada ağac kəsilməsi barədə xəbərlərə rast gəlinir: "Səhər tezdən durursan ki, axşam ərazidə gördüyün yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır”.

Deputat Cavanşir Paşazadə isə bildirib ki, ağacların kəsilməsinin qarşısını almaq üçün cəzaların sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır.

Komitə sədri Eldar İbrahimov da təklifləri dəstəkləyib. "Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur” – deyə komitə sədri bildirib.

Eldar İbrahimov deyib ki, ağacların kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub, ancaq bununla bağlı Cinayət Məcəlləsinə də xüsusi maddə əlavə edilməlidir.

Komitədə müzakirə olunan "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər.

Bununla bağlı Qanunun 11-ci (Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları) maddəsinə dəyişiklik təklif edilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo