11:28, 15 Mart 2019 (Cümə) 212

"Demokratiya ömrü uzadır" - ABŞ alimləri

Demokratiya insanları sağlam və uzunömürlü edir. 

Novator.az xəbər verir ki, amerikalı alimlər apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

Tədqiqatın nəticəsini Böyük Britaniyanın "Guardian” qəzeti yayıb.

Alimlər 170 ölkə haqda məlumatları təhlil ediblər. Bəlli olub ki, son 50 ildə demokratik sistemin qurulduğu ölkələrdə insanların səhhəti yaxşılaşıb və ömrü uzanıb. Həmin ölkələrdə ürək-damar, xərçəng və sirroz xəstəliklərindən ölüm halları azalıb. Hətta demokratik sistem qurulduqca ölkələrdə ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının da sayının azaldığı üzə çıxıb.

Tədqiqatın nəticəsini əsas götürən alimlər bəyan ediblər ki, demokratiya adamların təkcə maddi vəziyyətini yaxşılaşdırmır, həm də insanları sağlam və uzunömürlü edir. Alimlərin fikrincə, azad və ədalətli seçkilər əhalinin yaşlı təbəqəsinin səhhətinin yaxşılaşmasında xüsusilə mühüm rol oynayır.