Sosial

"Bizim işimiz sənətkarın nazı ilə oynamaqdır" - "Mənim hekayəm"

15 Yanvar, 2019
2118
Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə dramaturq Ə.B.Haqverdiyevin təşkilatçılığı ilə yaradılıb. 

Digər ziyalıların da köməyi ilə 1904-cü ildə teatrın ilk tamaşaları - M.F.Axundovun ”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və  Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərləri səhnələşdirilib.
 
 

Teatr 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunana qədər müxtəlif fasilələrlə fəaliyyətini davam etdirib.

İşğaldan sonra teatrının kollektivi səhnəsində müxtəlif obrazlar yaradılan teatrın yaşaması üçün çox çalışıblar. 1993-cü ildən Bərdə şəhərində köçkünlük həyatı yaşamağa başlayan teatrın əməkdaşları müntəzəm olaraq cəbhə xəttində və məcburi köçkünlər qarşısında yeni tamaşalarla çıxış ediblər. Hazırda isə teatr Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir.
 

2014-cü ildən teatrın direktoru olan Məhəmməd Hüseynov teatrın tarixi ilə bağlı məlumat verdikdən sonra əlavə edir ki, teatrın səhnəsində hərbi-vətənpərvərlik, sevgi, ailə-məişət və s. mövzularda tamaşalar nümayiş etdirilir: "Həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə müraciət edirik. Bundan əlavə, hər yaş dövrünə uyğun tamaşaların səhnəyə qoyulmasına da xüsusi diqqət göstərilir. Tamaşa vaxtı mən çıxış edəndə dəfələrlə gənclərə müraciət etmişəm. Demişəm ki, sevgilinizə ad günündə bahalı hədiyyələr almaq yerinə, bir dəstə gül və teatr bileti alın. Oturub iki ziyalı kimi tamaşaya baxın, tamaşa bitəndən sonra da gedib kofe için və tamaşanı müzakirə edin. Teatra daimi gələn vətəndaş cəmiyyəti üçün zərərli ola bilməz. İndi əvvəlki dövr deyil, heç kim bilet növbəsinə dayanıb kassadan bilet almır".

Məhəmməd Hüseynov aktyor kollektivindən danışarkən Kərim Xançobanın quruluşçu rejissoru olduğu tamaşalara xüsusi diqqət çəkir: "Müharibədən sonrakı illər ərzində teatra gəlmiş istedadlı gənclərdən biri də Kərim Həsənlidir.
 
 
30 ildən artıqdır ki, Ağdam Dövlət Dram Teatrında çalışan Kərim Həsənli (Xançoban) həm aktyor, həm də quruluşçu rejissordur. Bizim işimiz sənətkarın nazı ilə oynamaqdır, onlar ruh insanıdır, həssas olurlar. Ümumiyyətlə, mənə görə, yaxşı sənətkarın "kaprizi" olmalıdır. Əgər "kaprizi" yoxdursa, demək, o, yaxşı sənətkar deyil".

Kərim Xançoban bugünə qədər 120-dən artıq tamaşada oynayıb. Elə gənc yaşlarından Xalq Teatrında işləməyə başlayıb. Daha sonra Ağdam Dövlət Dram Teatrına gəlib. 
 
"Mən hind filmlərinə baxaraq aktyor olmuşam"
 

O gündən bəri, müxtəlif əsərlərin baş qəhrəmanı kimi tamaşaçıların qarşısına çıxıb. 11 ilə yaxındır ki, aktyorluqdan əlavə quruluşçu rejissor kimi fəaliyyət göstərir. İncəsənətə olan marağının məktəb dövrlərindən başladığını söyləyir: "Mən hind filmlərinə baxaraq aktyor olmuşam (gülür). Özümü hind film ulduzlarına oxşatmışam uşaqlıqda. Ağ rəngdə geyinirdim, qara eynək taxırdım, saçımı da maraqlı darayırdım. 6-ci sinifdə oxuyanda teatra getmişdik, baş qəhrəman öləndə hönkürüb ağlamışdım. O vaxt sinif yoldaşlarım məni lağa qoyurdu. Gənc yaşlarımda elə marağım olan istiqamətə getdim. İndi də görürsünüz, bu yolda davam edirəm. Heç vaxt hansısa rolu digərindən üstün tutmamışam. 30 il müddətində cəmi 2-3 rol olar ki, onu direktor istədiyi üçün oynayım. O da teatra təzə gəldiyim vaxtlarda olub. Ümumilikdə mən bütün rollarımı sevərək oynamışam. Həmişə oynadığım rollarda öz prototipimi tapmaq istəmişəm. Bəzi rollar olub ki, həmin rolun prototipi mənim qardaşım olub, bəzən də atam və s. Mən onların davranışlarını gözümün önünə gətirmişəm, rolumu daha inandırıcı oynamışam. Teatr həyatın güzgüsüdür də, elə deyil? O cəmiyyətdə olan çatışmazlıqları xalqa göstərir. Ona görə də, həmişə müşahidədə olmuşam. Yaratdığım obrazların hər zaman fərqlənməsini istəmişəm. Düzdür, eyni rolu müxtəlif aktyorlar oynayır, ancaq istəmişəm ki, mənim rolum onlardan seçilsin".
 

Bəzən aktyorluq qabiliyyətindən səhnədən kənarda da istifadə etmək məcburiyyətində qaldığını deyən aktyor əlavə edir ki, həyatda rola girmək daha çətindir: "Bir dəfə televiziya çəkilişi üçün qatarla Bakıya gedirdik. Bizim direktor da 2 metrə yaxın boyu olan, yekəpər adam idi. Tamaşada kapitan rolu da vardı, geyimlər də bizim yanımızda idi. Qatar işçisinin hərəkətləri nəsə mənim xoşuma gəlmədi. Özünü çox dikbaş aparırdı. Direktora dedim ki, bunun "dərsini vermək" lazımdır. O da soruşdu ki, bəs ağlından nə keçir. Mən də planımı ona danışdım.  O rəis roluna girdi, mən də formanı geyinib kapitan roluna. Aramızda danışmağa başladıq, nə desə "baş üstə, rəis" deyirdim. Bir də gördük qatar işçisinin rəngi dəyişib. Bir az keçəndən sonra qatarın qatar rəisi gəldi. Bizə xüsusi diqqət göstərməyə başladılar, çay süfrəsi açdılar.  Sonra papağı çıxarıb: "Mən Ağdam Dövlət Dram Teatrının aktyoruyam", - dedim, baxa-baxa qaldılar (gülür). 
 
"Ailə heç vaxt arxa planda ola bilməz"

Kərim Xançoban səhnədə və ailədə başqa insan olduğunu vurğulayır. Onun fikrincə, ailə arxa planda qalmamalıdır: "Mən, ümumiyyətlə, sənətimi və ailəmi bərabər görürəm. Heç biri digərindən üstün, ya da aşağı deyil. Heç vaxt "özümü sənətə qurban verdim" fikri ilə razı olmamışam. Xeyr, ailə heç vaxt arxa planda ola bilməz.
Lakin sənətimin ailə həyatıma təsir etdiyi vaxtlar da olur. Məsələn, hansısa faciəni səhnələşdirdikdən sonra bir müddət onun təsirində qalıram. Evin qapısını açıb içəri girəndə onlar üz ifadəmdən vəziyyəti anlayırlar. Həm də teatr adamı olmaq, xüsusi çoxlu komediya janrında rollar ifa etmək insanlarda pozitiv insan fikri yaradır. Düzdür, dost-tanış arasında deyib-gülən, şən insanam. Çox nadir hallarda ciddi üzümü görürlər. Ona görə həmişə elə bilirlər ki, evdə də beləyəm. Qohum-əqrəba yoldaşıma "yəqin sizdə xoşbəxtçilikdir", - deyir.  O da həmişə cavab verir ki, siz 10 gün bizim evdə yaşasanız, görərdiniz xoşbəxtliyi".
 
"ANS-də işlədiyim vaxtlar ömrümün ən gözəl vaxtlarına yazılsın"
 

Aktyor fəaliyyətinin "Qulp" dövrünü ömrünün ən gözəl vaxtları kimi xatırlayır: "ANS-də işlədiyim vaxtlar ömrümün ən gözəl vaxtlarına yazılsın. "Qulp" maraqlı veriliş idi, Mübariz müəllim sağ olsun, məni də o verilişə dəvət etmişdi. O, məni bütün ölkəyə tanıtdı. Aktyorun qazancı nədir ki? Bizim qazancımız yalnız tamaşaçı alqışı və rəhbərliyin diqqətidir. Mənim də verilişdə maraqlı partiyam vardı, kanalı bağladılar təəssüf ki. Elə proqram olsa, təbii ki, yenidən iştirak etmək istərdim. Lakin indi TV-lər bayağı verilişlər hazırlayırlar. Ya gərək Xoşqədəmin verilişində ağlayasan, ya da Zaurun verilişində ekspert kimi oturasan. "Qulp"la bağlı o qədər xoş xatirələrim var ki… Bir dəfə Tarif Şurası dizelin qiymətini qaldıranda bununla əlaqəli buraxılış hazırlamaq istədik. Çəkiliş üçün zooparkı seçdik. Orada mən bir eşşəyin üzərində oturub öz mətnimi oxumalı idim. 3 kamera çəkirdi. Orxan Fikrətoğlu ilə Mübariz də kənardan baxırdı. Camaat da yığışıb ətrafımıza, heyvanlardan çox bizə baxırdılar. Elə bir "tərbiyəsiz" eşşək gətirmişdilər ki mənə. Elə bilirdim kənd yerində olanlardandır, dayandırmaq istəyəndə dayanacaq. Oturdum eşşəyin belində, danışa-danışa gedirdim, birinci kadrı çəkəndə qəfəsdəki aslanın bizə baxdığını hiss elədim. Mübariz müəllimə dedim ki, bəlkə başqa tərəfdə çəkək. Razı olmadı. Bir də gördük ki, aslan 6-7 metr geriyə gedib var gücü ilə yuxarı hoppandı. Bunu görən eşşək necə qaçmağa başladısa… Mən də nə düşə bilirəm, nə də başqa şey. Heyvan dayanmaq bilmirdi. Birtəhər xeyli əziyyətdən sonra eşşəyi dayandıra bildim. Hamı gülüb, əl çalırdı. Çəkiliş vaxtlarında o qədər belə hadisələr baş verirdi ki. Maraqlı günlər idi… O vaxtlarda həm qazancımız var idi, həm də tanınırdıq".

Türkan Bəşir
Toplum TV
 




Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo