14:20, 20 Avqust 2018 (Bazar ertəsi) 171

“Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirilib

“Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirilib
Azərbaycanın "Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykinin buraxılışı 2018-ci il sentyabrın 7-ə planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə "Arianespace” şirkətinin bəyanatında deyilir.

"Azerspace-2/Intelsat 38” peyki "Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı "Horizons 3e” peykini də aparacaq.

Daha əvvəl "Azerspace-2/Intelsat 38” peykinin sentyabrın 5-də fəzaya buraxılacağı nəzərdə tutulmuşdu.

"Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.