Siyasət

AXCP üzvü həbsdəki oğlundan narahatdır

8 Fevral, 2019
1106
İmişli şəhər sakini, təqaüdçü Vaqif Cabbarov cəzaçəkmə müəssisəsində saxlanan oğlu Natiq Cabbarlıya görə narahatlıq keçirir.

Onun sözlərinə görə, məhkum oğlunun qara günləri yanvarın ikinci yarısından sonra başlayıb: «Oğlum xəstə idi, müalicə olunurdu. Amma karantin müddətinin bitməyini gözləmədən onu qəfil müalicə müəssisəsindən çıxarıb 2 saylı Cəzaçəkmə Müəssisəsinə aparıblar. Burada isə heç bir səbəb olmadan karsa (cərimə kamerası) salıblar. 10 günə yaxındır ki, ondan xəbər yoxdur. Bizə məlumat sızıb ki, o, belə əsassız cəzalandırmaya etiraz olaraq aclıq elan edib. Lakin həbsxana rəhbərliyi bunu gizlədir».

O hesab edir ki, oğlu onun siyasi mənsubiyyəti və fəaliyyəti ilə bağlı təzyiqlə üzləşib: «Mən 30 ilə yaxındır ki, siyasi fəaliyyətlə məşğulam. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulmuşam. Dövlətimiz müstəqilliyini bərpa edəndən sonra isə onun demokratikləşməsi uğrunda mübarizə aparıram. Yaranan vaxtdan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm. Həbsxanada oğluma qarşı təzyiq yanvarın 14-də AzadlıqRadiosuna verdiyim müsahibədən sonra başlayıb. Yanvarın 19-da Milli Şuranın mitinqində iştirak edəndən sonra telefonuma hədə-qorxu zəngləri gəldi. Yanvarın 20-də səhər açılan kimi Natiq karsa salındı».

V.Cabbarov oğlunun həyatının təhlükədə olduğunu iddia edir: «Mən ehtimal edirəm ki, qurama cinayət işi açıb onun cəza müddətini artırmaq və daha sərt rejimli müəssisəyə köçürmək istəyirlər. Bütün bunlar isə, bir daha deyirəm, məndən heyf çıxmağa hesablanıb».

Baş verənlərlə bağlı o, Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənova müraciət etdiyini bildirir. Ancaq hər hansı cavab almayıb.

V.Cabbarovun bu dediklərinə də, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı isə bildiriblər ki, cəzaçəkmə müəssisələrində məhkumlarla yalnız qanun çərçivəsində davranılır. Üstəlik, rəsmilər ölkədə insanların siyasi fəaliyyətlərinə görə özləri və yaxınlarının təzyiqlərə məruz qalması ilə də bağlı iddiaları da qəbul etmirlər.

Atasının deməsinə görə, N.Cabbarlı 2011-ci ildə Qazaxıstanda həbs olunub. 13 il həbs cəzası alan N.Cabbarlı 2014-cü ildə Azərbaycana ekstradisiya olunub. Atası vurğulayıb ki, o, Qazaxıstanda baş verən kütləvi davada başqa şəxsə xəsarət yetirdiyinə görə saxlanıb. Sonradan onun xəsarət yetirdiyi adamın öldüyü bildirilir. O, həmin ölkənin qanunvericiliyinə uyğun ittiham edilib və 13 il həbs cəzası alıb.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo