Siyasət

Aİ nümayəndəsi vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb

9 Noyabr, 2018
1254
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar noyabrın 8-də Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Beynəlxalq Böhran Qrupunun məsləhətçisi Zaur Şiriyev ilə görüşüb.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Amerikanın Səsinə bildirib ki, görüşdə Dağlıq Qarabağ məsələsi, prezidentlərin Düşənbə görüşünün münaqişənin həllində rolu, Avropa İttfaqının Dağlıq Qarabağ siyasəti layihəsi, Azərbaycan QHT-lərinin indiki ağır durumunda Avropa İttifaqının Dağlıq Qarabağ siyasəti ilə bağlı layihəsinin rellaşdırılmasında yaranan çətinliklər müzakirə edilib.

Görüşdə bildirilib ki, Avrop İttifaqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı hökumətlərlə və vətəndaş cəmiyyətləri ilə müzakirələrini davam etdirəcək. Bununla bağlı növbəti üç il üçün layihə üzərində iş aparılır.

"Görüşdə həmçinin deyildi ki, Avropa İttifaqının 2015-2018-ci illəri əhatə edən layihəsi çərçivəsində münaqişə ilə bağlı çoxsaylı görüşlər keçirilib və resurslar yaradılıb. Lakin Azərbaycanda vətəndaş cəmiyətinin hazrki çətin durumu bu resursların lazımi auditoiyalara çatdırılmasına imkan vermir”, Həsənov Amerikanın Səsinə bildirib.



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo