22:08, 20 Avqust 2018 (Bazar ertəsi) 308

ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxslər saxlanılıb

ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxslər saxlanılıb


/ DÜNYA

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

"Anadolu" agentliyi verdiyi xəbərə görə, cinayətin törədildiyi avtomobil də tapılıb.

NTV telekanalının məlumatına görə, atəş açanlar 38 və 39 yaşlı iki kişidir. Onlardan həmçinin səfirliyə atəş açıldığı tapança da aşkar edilib.

Cinayətkarlar törətdikləri qanunsuz əməlləri etiraf ediblər.

İnsident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.