21:06, 10 Oktyabr 2018 (Çərşənbə) 126

ABŞ dövlət katibi İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib

ABŞ dövlət katibi İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib


/ DÜNYA

 ABŞ dövlət katibi Mayk Pompeo İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib.

"RİA Novsti”xəbər verir ki, o, Almaniya hökumətinin bu il iyunun 30-da Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədini oktyabrın 9-da Belçikaya ekstradisiya etdiyini də xatırladıb. 

"Bu sui-qəsdin miqyası bizə İranın dünyadakı terrorizmin əsas sponsoru olduğunu xatırladır. Həmçinin bu sui-qəsd İranın bütün Avropada da terrorizmə dəstək verdiyini üzə çıxarır. Biz İranın bütün dünya boyu dəstəklədiyi terrorizmin törətdiyi təhlükəni aşkar etməklə və ona qarşı mübarizədə avropalı müttəfiqlərimzi dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.