16:19, 19 Noyabr 2018 (Bazar ertəsi) 196

Putin illik mətbuat konfransı keçirəcək

Putin illik mətbuat konfransı keçirəcək
Rusiya Prezidenti Vladimir Putin gələn ay illik mətbuat konfransı keçirəcək. 

Bunu Kremlin sözçüsü Dmitri Peskov noyabrın 19-da jurnalistlərə deyib.

"Mətbuat konfransı adətən, dekabrda keçirilir. Bu ənənəvi format qorunacaq”, – Peskov noyabrın 19-da deyib, amma konkret tarix açıqlamayıb.

Putin ötən il dekabrın 14-də 1600 rusiyalı və əcnəbi jurnalist üçün mətbuat konfransı keçirdi. Bu tədbir dörd saatadək çəkdi və Putin martda prezidentliyə namizədliyini bir daha verəcəyini elan etdi. Seçkidə onun səslərin 76 faizini yığdığı açıqlandı, amma seçkinin ümumilikdə ədalətsiz keçdiyi bəyan edildi.

İlsonuna yaxın televiziyayla canlı yayımlanan mətbuat konfransları Putinin prezidentlik dönəminin ənənəvi tədbirinə çevrilib. O, adətən, rusiyalıları yaxşı əllərdə olmalarına inandırır, Birləşmiş Ştatlara və dünyanın qalan hissəsinə siqnallar göndərir.

Azadlıq Radiosu