15:08, 09 Noyabr 2018 (Cümə) 103

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Noyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı, lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 16-18, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 10-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 6-9, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 5-9 dərəcə isti təxmin edilir.